İdman

Azərbaycan kubokunda “Sumqayıt” – “Keşlə” finalı

 Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Keçirilən iki cavab matçından sonra finalçılar müəyyənləşib.

Əvvəlcə Premyer Liqanın lideri “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Komandalar arasında Sumqayıtda keçirilən görüşdə qol vurulmayıb. Bu görüş isə penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (5:4) “Sumqayıt” kubokun ilk finalçısı olub.

Günün digər matçında isə “Zirə” Keşlə”ni qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyük olsa da, nəticə fərqli olub. Əlavə vaxtın da oynanıldığı gərgin matçda “Keşlə” 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” finalı mayın 24-də keçiriləcək.

29 aprel (cümə axşamı)

 

20:00.“Zirə” – “Keşlə” – 2:3
Qollar:
 Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)
Qırmızı vərəqə: Lazar Corceviç, 88
İlk oyun – 2:1
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

17:00.“Qarabağ” – “Sumqayıt” – 0:0 (Penaltilər – 4:5)
İlk oyun
 – 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button