İdman

Azərbaycan milli komandalarında baş məşqçilərin yeri dəyişdirilib

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yenidən bərpa olunub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Rəşad Sadıqovun gedişindən sonra fəaliyyəti dayandırılan U-20-yə yeni baş məşqçi təyin edilib.
U-21 millisi üçün oyunçu hazırlamaqdan məsul olan bu komandaya Samir Əliyev baş məşqçi təyin olunub. Bu da aşağı yaş qrupu üzrə yığmaların baş məşqçi yerdəyişmələrinə səbəb olub. Yalnız U-21 və əsas yığmaların çalışdırıcıları postunda qalıb.
Digərləri – Aqil Nəbiyev U-16-dan U-17-yə, Miloş Velebit U-17-dən U-18-ə, Elxan Abdullayev isə U-18-dən U-19-a keçid edib. Adıçəkilən mütəxəssislər sərəncamlarında olan oyunçularla birlikdə bir yaş qrupu yuxarı milliyə yüksəlib.
Qeyd edək ki, U-21 yığmamıza Milan Obradoviç, əsas milliyə isə Canni de Byazi rəhbərlik edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button