İdman

Azərbaycan millisi Qızıl Avropa Liqası üçün Rumıniyaya yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Vüqar Əliyev Qızıl Avropa Liqasında güvənəcəyi “13-lüy”ü müəyyənləşdirib.
O, turnirdə əsasən gənclərə güvənəcək. Bu gün Rumıniyaya yollanan millimiz rəsmi görüşlərdən öncə ev sahibi ilə bir neçə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.
Azərbaycan millisinin heyəti: Libero: 1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova; Toppaylayıcılar: 14. Kristina Besman, 15. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova; Blokçular: 6. Ayşən Abduləzimova, 8. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk; Hücumçular: 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk.
Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button