İdman

Azərbaycan millisinin AVRO-2021-dəki oyununlarının vaxtı açıqlanıb

Qadın voleybolçular arasında AVRO-2021-in final mərhələsinin tam təqvimi təsdiqlənib.
Apasport.az saytının məlumatına görə, 24 komandanın mübarizə aparacağı qitə çempionatının matçlarının başlama vaxtı və yeri dəqiqləşib.
4 ölkənin ev sahibliyi edəcəyi yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Yığmamız oyunları Serbiyada baş tutacaq A qrupunda meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Voleybolçularımız ilk matçına avqustun 20-də çıxacaq. Millimiz həmin gün Belçika ilə görüşəcək.
Ertəsi gün Bosniya və Herseqovinana, ardınca Rusiya ilə görüşəcək Vüqar Əliyevin yetirmələri bir günlük istirahətdən sonra Serbiya, ardınca Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, sentyabrın 4-də yekunlaşacaq AVRO-2021-in ev sahibi Serbiya ilə yanaşı, Bolqarıstan, Xorvatiya və Rumıniya olacaq. 
20 avqust19:00. Azərbaycan – Belçika21 avqust20:00. Azərbaycan – Bosniya və Herseqovina22 avqust19:00. Rusiya – Azərbaycan24 avqust22:00. Azərbaycan – Serbiya25 avqust19:00. Fransa – Azərbaycan

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button