İdman

Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində rəqibləri bəlli olub

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. 
Apasport.az saytının məlumatına görə, avqustun 19-dan sentyabrın 5-dək Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi edəcəyi həlledici mərhələdə Azərbaycan yığmasının rəqibləri də bəlli olub. 
Komandamız Belqradda baş tutan püşkün nəticəsinə əsasən A qrupunda yer alıb. Voleybolçularımız final mərhələsində Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovinaya rəqib olublar. 
Yığmalar hərəsində 6 komanda olmaqla 4 qrupda yarışacaqlar. 
A qrupu: Serbiya, Azərbaycan, Rusiya, Belçika, Fransa, Bosniya və HerseqovinaB qrupu: Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çexiya, YunanıstanC qrupu: Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrəD qrupu: Rumıniya, Türkiyə, Hollandiya, Ukrayna, Finlandiya, İsveç

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button