İdman

Azərbaycan millisinin şef-de-missionu Olimpiadanın ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

“Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır”. 
Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin şef-de-missionu Fərid Mansurov deyib. 
Gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi barədə xəbərlərə münasibət bildirib: “Təbii ki, yoluxma sayı çox olarsa, onların belə bir qərar vermək hüquqları var. Lakin yarışların təxirə salınması ilə bağlı hələlik rəsmi heç nə deyilməyib. Olimpiya kəndində həyat öz axarı ilə davam edir”.
O, Azərbaycan olimpiya yığmasının durumundan da danışıb: “Burada olan Azərbaycan yığması məşqlərini keçir. Sistemli şəkildə Oyunlara hazırlaşırlar. Komandamızın əhval-ruhiyyəsi və sağlamlığı qənaətbəxşdir”.
Qeyd edək ki, iyulun 23-dən avqustun 8-dək keçiriləcək Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirusa yoluxma hallarının artacağı təqdirdə yarışların ləğv edilə biləcəyini açıqlayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button