İdman

Azərbaycan millisinin Xorvatiya və Avstriya ilə oyunlarının yeri dəqiqləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsindəki ilk iki matçın yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, yığmamız turnirə sentyabrda keçiriləcək səfər oyunları ilə start verəcək.
Milan Obradoviçin yetirmələri ayın 2-də Xorvatiya ilə üz-üzə gələcək. Bu görüş Velika Qoritsada baş tutacaq. Şəhər stadionundakı qarşılaşmanın vaxtı da bəllidir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həm də “Radnik” stadionu kimi tanınan bu idman qurğusu 5200 tamaşaçı tutur.
Millimiz 5 gün sonra Avstriyanın qonağı olacaq. Qarşılaşma Rid in İnnkreys şəhərindəki “Keyne Sorqen Arena”da keçiriləcək. Bu arena 7600 tamaşaçı tutumuna malikdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button