İqtisadiyyat

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 65,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button