İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 ABŞ dolları və ya 2,9% azalaraq 76,08 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə ərzində (28 iyun – 2 iyul) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,43 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,3 dollar və ya 0,4% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) – 77,49 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 75,56 dollar səviyyəsində olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button