Gündəm

Azərbaycan ordusunda təlimlər başlayıb

Mayın 16-da Azərbaycan ordusunda təlimlər başlayıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank, digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Qeyd edilir ki, təlimlərdə əsas diqqət qoşunların idarəolunması, yenidən qruplaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib :

“Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək. “

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button