İqtisadiyyat

Azərbaycan Pakistanla birbaşa aviareysləri bərpa etməyi planlaşdırır

Azərbaycan Pakistanla birbaşa aviaəlaqəni bərpa etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Onun sözlərinə görə, uçuşlar COVID-19 pandemiyası ilə bağlı vəziyyətin yaxşılaşması təqdirində mümkün olacaq. Səfir bildirib ki, müntəzəm reyslərin bərpası ölkələrimizin iqtisadi və ticari fəaliyyətinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, hazırda iki ölkə arasında birbaşa reyslər həyata keçirilmir. “Türk Hava Yolları” şirkəti Bakıdan keçməklə İstanbuldan Lahor və İslamabada uçuşlar edir.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button