İqtisadiyyat

Azərbaycan qara metalın ixracını 2,5 dəfə artırıb

Bu ilin birinci yarısında Azərbaycan 53 021,91 min ABŞ dolları dəyərində 76 869,64 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə, həcmi isə 2,5% dəfə artıb.
Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,56% təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button