İqtisadiyyat

Azərbaycan qarpızları Kalininqrada buraxılmayıb

Azərbaycandan gətirilən qarpızlar Rusiyanın Kalininqrad vilayətinin Çernışevskoye sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə buraxılmayıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Kalininqrad vilayəti üzrə şöbəsindən bildirilib.
Qeyd olunub ki, fərdi şəxs tərəfindən gətirilən qarpızlar geri qaytarılıb.
Qaydalara əsasən, fitosanitar sertifikatı ilə müşayiət olunmadan Rusiya Federasiyası ərazisinə ümumi çəkisi beş kiloqramdan artıq olmayan qarpız, yemiş və balqabağın idxalına icazə verilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button