İqtisadiyyat

Azərbaycan qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min dollar dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button