İqtisadiyyat

Azərbaycan qeyri-neft məhsullarının istehsalını 17%-dək artırıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında 14,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə,  bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri-neft sektorunda isə məhsul istehsalı 16,5% artıb.
Sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button