İqtisadiyyat

Azərbaycan qeyri-neft sənaye məhsullarının ixracını 40%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 mln. dolları ötüb.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O əlavə edib ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1%-lik artıma nail olunub.
“Ümumilikdə, birinci yarımillikdə ixracın artımı 14,8% təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir”, – nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button