Dünya

Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərləri ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.
Səfirliyin binasında keçirilən görüşdə Gürüstanın müsəlman icmasının vəziyyəti müzakirə olunub.
Tərəflər ölkələr arasında dini sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki qonşu, qardaş və strateji müttəfiq ölkənin bütün sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının önəmi vurğulanıb.
Görüşdə GMİ sədri, şeyx Hacı Ramin İgidov, müftilər – Etibar Eminov və Adam Şantadze iştirak ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button