İdman

Azərbaycan şəhidinin məzarı üzərinə “FEDA” yazılı “Beşiktaş” şərfi qoyulub

Vətən Müharibəsi zamanı ötən ilin oktyabrında Füzuli istiqamətindəki döyüşlərdə şəhid olan Azərbaycan Milli Ordusu sıralarında xidmət edən Xəyal Balakişiyevin məzar daşı üzərinə “FEDA” yazılı “Beşiktaş” şərfi qoyulub.
Apasport.az saytının məlumatına görə, şəhidin ailəsi onun sevimli komandası olan “Beşiktaş”ın çempionluğu şərəfinə bunu edərək, övladlarının ruhunu şad etməyə çalışıb.
Şəhidin atası Müseyib Balakişiyev DHA-ya açıqlamasında oğlunun “Neftçi” və “Beşiktaş” azarkeşi olduğunu, bu üzdən “ağ-qara” rəngləri sevdiyini söyləyib: “Xəyal “ağ-qara” rəngdə olan “Neftçi” və “Beşiktaş”ın çılğın azarkeşi idi. Oğlum gerbindəki Türkiyə bayrağını xüsusilə vurğulayardı. “Beşiktaş”ın hər oyununu mütləq izləyər, məğlubiyyətinə üzülər, zəfərinə sevinərdi. Mənə həmişə “Beşiktaş”ın himnlərindən birində olan və tribunalarda tez-tez səsləndirilən “Ölümle yaşamı ayıran çizgi, siyahla beyazı ayıramaz ki” oxuyardı. “Beşiktaş”ın Super Liqanın çempionu olması ruhunu şad etdi, mübarək olsun”.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəyal Balakişiyev Vətən Müharibəsinin başladığı ilk gündə könüllü olaraq müraciət edib və oktyabrın 5-də Qarabağdakı döyüşlərə qatılıb. Oktyabrın 25-də şəhid olan Balakişiyev Fəxri Xiyabanda dəfn olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button