İqtisadiyyat

Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri ilə regional rouminq sazişi imzalayacaq

Azərbaycan “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrlə regional rouminq sazişi imzalayacaq.
Bu barədə “APA-Economics”ə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlik uzun illərdir həm “Şərq Tərəfdaşlığı” ölkələri, həm də Avropa İttifaqı (Aİ) ölkələrinin telekommunikasiya tənzimləyiciləri ilə sıx əməkdaşlıq edir.
“”Şərq Tərəfdaşlığı” ölkələri ilə imzalanacaq sazişinə əsasən vətəndaşlarımız gələcəkdə Gürcüstan, Ukrayna, Belarus və Moldovaya səyahət etdikləri zaman sərfəli rouminq tariflərindən yararlana biləcəklər. Regional rouminq sazişi altı “Şərq Tərəfdaşlığı” ölkəsi arasında qanunvericilik bazasının uyğunlaşdırılmasını və rouminq qiymətlərində əhəmiyyətli endirimlər təmin edəcək. Buraya həm səs, həm SMS, həm də mobil data xidmətləri aiddir. Bununla da, rabitə şəbəkələri rouminq müştərilərinə regiondakı daha sərfəli rouminq xidmətlərindən istifadə etməyə imkan verəcək”, – nazirlikdən bildirilib.
Xatırladaq ki, sazişin cari ildə imzalanması gözlənilir və müqaviləyə əsasən 2022-ci ildən etibarən qeyd olunan ölkələr arasında ucuz rouminq xidməti istifadəyə verilə bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button