İqtisadiyyat

Azərbaycan sahibkarları Qazaxıstanın azad iqtisadi zonalarına cəlb oluna bilər

Azərbaycan sahibkarları Qazaxıstanda mövcud olan azad iqtisadi zonalar və sənaye parkları barədə məlumatlandırılacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə ASK-nın Qazaxıstan üzrə nümayəndəsi Zakir Binnətlinin iştirakı ilə iyunun 29-u sahibkarlarla onlayn görüş təşkil olunacaq.
Z. Binnətli Qazaxıstanda azad iqtisadi zonalar və sənaye parklarının investisiya imkanlarından, investisiya yatırılması üçün daha əlverişli olan sənaye sahələri (fabriklər və zavodlar), investisiya üçün tələb olunan sənədlər və investisiya həcmi, həmçinin Qazaxıstanda mövcud investisiya layihələri barəsində ətraflı məlumat təqdim edəcək.
Qeyd edək ki, Z. Binnətli Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button