İqtisadiyyat

“Azərbaycan “Şimal-Cənub” dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb”

Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb. 
APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Sankt-Peterburq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxış zamanı bildirib.
“Azərbaycan daxilində yollar, dəmir yolları möhtəşəm səviyyədədir. Bir sözlə, nəqliyyat yollarını Azərbaycan inkişaf etdirib. Bunu Azərbaycanda olan hər kəs bilir. Təkcə dəmir və avtomobil yolları deyil, Azərbaycan Xəzər dənizində olan limanını da inkişaf etdirib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir”, – deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button