İqtisadiyyat

Azərbaycan şirkətləri ilin sonuna normal satış səviyyəsinə çıxa biləcəyini düşünür

COVID-19 pandemiyasının yaşatdığı şokdan sonra Azərbaycandakı özəl şirkətlərin 5,6%-i heç vaxt pandemiyadan əvvəlki olan satış səviyyəsinə dönməyəcəklərini düşünür.
“APA-Economics”in məlumatına görə, bu, Dünya Bankının Azərbaycanda 225 özəl şirkətdən olan biznes sahibləri və top menecerlər arasında 2019-cu ilin iyul ayından 2020-ci ilin mart ayınadək və daha sonra 2021-ci ilin aprel-may aylarında apardığı sorğuların nəticələrində əks olunub.
Təkcə kiçik bizneslərin 11%-i belə bədbin proqnoza üstünlük verib. İstehsal sektorunda fəaliyyət göstərən özəl şirkətlərin 14,4%-i isə heç vaxt pandemiyadan əvvəlki satış səviyyəsinə qayıda bilməyəcəklərini düşünür.
Beləliklə, şirkətlərin əksəriyyəti (94,4%-i) satışların nə vaxtsa pandemiyadan əvvəlki səviyyəyə qədər bərpa olunacağına inanır. Sözügedən şirkətlər bunun ortalama beş aya baş verəcəyini düşünür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button