İdman

“Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi”

Türkiyə Futbol Federasiyası (TFF) AVRO-2020-nin qrup mərhələsində milli komandanın Bakıda keçirdiyi iki oyuna görə Azərbaycana təşəkkür edib.
Apasport.az xəbər verir ki, TFF rəsmi saytı vasitəsilə minnətdarlıq bildirib.
Mesaj “Təşəkkürlər Qardaş Azərbaycan” başlığı ilə yayımlanıb: “Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 dönəmində və Bakıda keçirdiyimiz iki oyunda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq, mükəmməl bir qardaşlıq ruhu göstərdi. A milli komandamız, federasiyamız və bütün türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qonaq edən Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Uelslə matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, bütün qurum və təşkilatlara örnək ev sahibliyinə görə təşəkkür edirik. Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin ildən-ilə davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020 çərçivəsində Romada İtaliyaya (0:3), Bakıda isə Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olaraq, yer aldığı A qrupunda sonuncu yeri tutub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button