İqtisadiyyat

Azərbaycan ticarətin sadələşdirilməsi üzrə BMT-nin qlobal tədqiqatının ilk onluğunda yer alıb

Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilib. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək nəticələr nümayiş etdirib.
“APA-Economics”in məlumatına görə, tədqiqat “ÜTT-nin Ticarət prosedurlarının sadələşdirilməsi haqqında” Sazişi (TFA), kağızsız ticarəti və “Asiya-Sakit Okean regionunda transsərhəd kağızsız ticarət prosedurlarının sadələşdirilməsi” Sazişinə aid olan və 140-dan çox ölkə və 50 meyarı və ticarətin davamlı sadələşdirilməsi meyarlarını (kiçik və orta sahibkarlıq müəssisələri (KOSM), kənd təsərrüfatı, qadınlar üçün) əhatə edir. 2021-ci ilin tədqiqatına iki yeni meyar qrupu əlavə edilib: ticarətin maliyyələşdirilməsinə dəstək üzrə və böhran dövründə ticarətə dəstək meyarları.
Tədqiqat BMT-nin beş regional komissiyası və artan sayda qlobal və regional tərəfdaşlarla birlikdə iki ildən bir həyata keçirilir.
Ticarət prosedurlarının sadələşdirilməsinin tətbiqi üzrə ortalama dünya göstəriciləri Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında 65% və 68,8% təşkil edib. 2021-ci ildə Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək mövqe tutub – 86,02%. Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətə dəstək üzrə MDB (Rusiya – 84,95%, Gürcüstan – 82,8%, İran – 77,42%, Ermənistan – 62,37%) və Mərkəzi Asiya ölkələri (SPECA) arasında (Qazaxıstan – 72,04%, Özbəkistan – 62,37%, Qırğızıstan – 69,89%) lider mövqeyə sahib olub. ESCAP-ın Asiya və Sakit Okean regionunda ticarətin və kağızsız ticarət prosedurlarının sadələşdirilməsi üzrə Tədqiqatında Azərbaycan 9-cu yerdə qərarlaşıb.
Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri:
• Şəffaflıq – 100%;
• Rəsmilik – 91,67%;
• Rəsmi müəyyən edilmiş mexanizmlər və əməkdaşlıq – 88,89%;
• Kağızsız ticarət – 85,19%;
• Transsərhəd kağızsız ticarət – 66,67%.
Ümumilikdə, ölkədə ticarət prosedurlarının sadələşdirilməsi göstəricisi 2019-cu ildəki 81,72%-dən xeyli yüksəlib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button