Gündəm

Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə taktiki təlim başlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, Azərbaycan, Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən bu təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Bildirilir ki, iyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank, digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu, minaatan, 7 döyüş, nəqliyyat helikopteri, 3 müxtəlif təyinatlı pilotsuz uçuş aparatı və 50-dək avtomobil texnikası cəlb olunub.

Mustafa Kamal Atatürk 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin banisi sayılır. Təlim onun adını daşıyır. İki ölkə arasında sonuncu belə birgə təlim 2019-cu ildə keçirilib.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button