Cəmiyyət

Azərbaycan universitetinə Yaponiya haqqında kitablar ianə edilib

Bu gün Qərbi Kaspi Universitetində “Yaponiya Fondu” (The Nippon Foundation) tərəfindən kitab ianəsi mərasimi təşkil olunub.
“Report” xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada iştirak edib.
“Yaponiya Fondu” 2008-ci ildən etibarən Yaponiya haqqında ingilis dilində yazılmış kitabları seçərək Yaponiya haqqında anlayışı artırmaq məqsədi ilə dünyanın müxtəlif ölkələrində yerləşən kitabxana və araşdırma mərkəzlərinə bağışlayır.
2021-ci ilin aprelindən bu günə qədər 138 ölkənin 1 066 qurumuna kitab təqdim edilib. Bugünkü mərasimdə də bunun bir hissəsi olaraq Qərbi Kaspi Universitetinə kitablar bağışlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button