İqtisadiyyat

Azərbaycan və Əlcəzair qarşılıqlı ixrac və investisiya potensialının artırılmasını müzakirə edib

Azərbaycan və Əlcəzair arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması müzakirə olunub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələyə Fondun rəhbəri Yusif Abdullayevin Əlcəzairin Azərbaycandakı səfiri Salima Abdelhak ilə görüşü zamanı toxunulub.
Tərəflər həmçinin Əlcəzairdə fəaliyyət göstərən xarici ticarətin təşviqi üzrə Milli Agentlik (ALGEX) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən qeyri-neft məhsullarının ixracı və qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2020-ci ildə iki ölkə arasında aparılan ticarətin həcmi 1,4 mln. ABŞ dollarına yaxın olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button