İqtisadiyyat

Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb

Azərbaycan Belarusdan 550 traktor alacaq, bununla bağlı müqavilə imzalanıb.

Trend-in məlumatına görə, bunu Belarusun sənaye naziri Pyotr Paxomçik deyib.

Nazir bildirib ki, Minsk avtomobil zavodunun istehsalı 6 nəqliyyat vasitəsinin tədarükü məsələsi artıq müzakirə olunub:

“Bundan başqa, Azərbaycan tərəfi təkcə traktorların satın alınmasında deyil, həm də ölkədə istehsalın təşkil olunmasında maraqlıdır. ”

Onun sözlərinə görə, Bakı traktorların alınması üçün Minsklə 9 milyon dollar məbləğində müqavilə imzalayıb:

“Hazırda “Belkommunmaş” müəssisəsinin istehsalı olan 4 elektrobusun sınaqları davam edir. Bu sınaqların nəticələri əsasında həmin nəqliyyat vasitələrinin istehsalını təşkil edəcəyik. Biz Azərbaycanı təmin etməklə yanaşı, İran və Türkiyə bazarlarına çıxış əldə etməyi planlaşdırırıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button