Siyasət

Azərbaycan və Ermənistan səfirləri Gürcüstan XİN-də olublar

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayırılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar.

Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığının bundan sonra da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.

L.Darsaliya bu gün Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla da görüş keçirib. Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button