Gündəm

Azərbaycan və Rusiya nazirləri danışdı

İyunun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, nazirlər bölgədə mövcud cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığında həmçinin, bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələlərinin də müzakirə edildiyi və bu xüsusda üçtərəfli İşçi qrupun fəaliyyətinə də toxunulduğu deyilir.

İşçi qrup bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı yaradılıb. Ona hər üç ölkənin baş nazirlərinin müavinləri sədrlik edir. İşçi qrupun ilk iclası bu il yanvarın 30-da keçirilib.

Xatırlatma

Ötən il 44 günlük müharibə 10 noyabr atəşkəs razılaşması ilə sonuclanıb. Bundan sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasına da razılaşıblar. Yanvarın 11-də imzalanmış bəyanatla isə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin region ölkələrinin məhdudiyyətsiz istifadəsinə verilməsi nəzərdə tutulur.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button