İqtisadiyyat

Azərbaycan və TRACECA dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O qeyd edib ki, görüşdə beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi müzakirə olunub.
Tərəflər həmçinin əməkdaşlığın genişləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button