Cəmiyyət

Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında memorandum imzalanıb

Ukraynanın Azərbaycandakı səfirliyində ötən gün Yuri Kondratyuk adına Poltava Milli Texniki Universiteti (PMTU), Bakı Qazma Məktəbi («Baku Drilling School») və Ukraynanın “Wellsite Digital” şirkəti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.
“Report” xəbər verir ki, PMTU nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanan memorandum neft-qaz mütəxəssislərinin biliklərinin artırılmasını, beynəlxalq sertifikatların verilməsini, kadr mübadiləsini, birgə elmi tədbirlərin və təhqiqat layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
İmzalama mərasimindən əvvəl PMTU və Bakı Qazma Məktəbilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərləri arasında görüş keçirilib. Görüşdə Ukrayna ilə Azərbaycan arasında təhsil əməkdaşlığı məsələləri müzakirə olunub. Həmçinin tərəflər Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığın inkişafını da mühüm məqsəd olaraq qeyd ediblər.
Səfirlik ilə PMTU arasında beynəlxalq təhsil layihələrinin həyata keçirilməsində əməkdaşlığa dair razılıq əldə olunub.
Xatırladaq ki, PMTU nümayəndə heyətinin Bakıya səfəri iyulun 5-dən başlayıb və 8-dək davam edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button