İqtisadiyyat

Azərbaycan və Ukraynanın biznes dairələri arasında fəaliyyət planı müəyyənləşib

Ukrayna Ticarət və Sənaye Palatası və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iki ölkənin işgüzar dairələri arasında fəaliyyət planını müəyyənləşdirib.
“APA-Economics” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” hesabında yazıb.
Səfir qeyd edib ki, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin Bakıya səfəri zamanı işgüzar əməkdaşlığın aspektləri müzakirə edilib. Palata rəhbəri KOBİA-nın sədri Orxan Məmmədovla görüş keçirib.
Səfir əlavə edib ki, bu gün Ukrayna biznesinin Azərbaycana missiyası çərçivəsində işgüzar şuranın ilk müştərək iclası keçirilib, Azərbaycanın iş assosiasiyaları ilə görüşlər təşkil olunub və müqavilələr imzalanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button