İqtisadiyyat

Azərbaycan xarici investisiya qoyuluşuna görə keçid iqtisadiyyatları arasında ikincidir

Ötən il Azərbaycandan xaricə yönəlmiş birbaşa investisiyaların həcmi 825,3 mln. ABŞ dolları təşkil edib ki, bu göstəriciyə görə, ölkə keçid iqtisadiyyatları olan ölkələr arasında dünyada və MDB məkanında ikincidir.
“APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “World Investment Report 2021” hesabatında deyilir.
Qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən bu göstərici 2019-cu illə müqayisədə 66% azalıb.
Keçid iqtisadiyyatları və müvafiq olaraq MDB ölkələri arasında bu göstəriciyə görə lider Rusiyadır. Ölkə 2020-ci ildə xaricə 6,311 mlrd. dollar həcmində birbaşa investisiya yönəldib. Bu göstəriciyə görə, sonuncu yerdə Qazaxıstan. Ölkənin xarici birbaşa investisiyalarının həcmi mənfidir (xaricə yönəlmiş birbaşa investisiyaların həcmi ölkənin xaricdən geri çəkdiyi investisiyaların həcmindən az olub).
Qeyd edək ki, UNCTAD keçid iqtisadiyyatı ölkələrinə MDB ölkələrini, həmçinin Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina , Monteneqro, Serbiya və Şimali Makedoniyanı aid edir.
Keçid iqtisadiyyatları olan ölkələrin birbaşa xarici investisiyalarının həcminə görə renkinqi:

#

Keçid iqtisadiyyatları

Həcm, mln $

İllik dinamika, %

1

Rusiya

6 311

-71,3

2

Azərbaycan

825

-66,1

3

Serbiya

125

-57,5

4

Albaniya

89

-30,5

5

Belarus

82

412,5

6

Ukrayna

82

-87,3

7

Tacikistan

70

204,3

8

Şimali Makedoniya

39

-2,5

9

Gürcüstan

23

-91,8

10

Qırğızıstan

2

-60,0

11

Özbəkistan

2

-33,3

12

Bosniya və Herseqovina

-5

-266,7

13

Monteneqro

-5

-106,7

14

Moldova

-12

-128,6

15

Ermənistan

-27

-81,1

16

Qazaxıstan

-2 028

-22,7

17

Türkmənistan

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button