İqtisadiyyat

Azərbaycan yanvar-apreldə qızıl ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 64,6 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 43,7 mln. dollar təşkil edib. Göründüyü kimi, qızılın ixracı bu il 47,8% artıb.
Təkcə aprel ayında isə Azərbaycan 21,2 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button