İqtisadiyyat

Azərbaycan yanvar-martda 1,4 mlrd. dollardan çox birbaşa investisiya cəlb edib

Bu ilin I rübündə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,401 mlrd. ABŞ dolları təşkil edib.
“APA-Economics” Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,9% çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 89,2% təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-28,5 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (1 249,4 mln. dollar) kapitalın repatriasiyası (1 277,9 mln. dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 151,5 mln. dollar (36,1% azalma) olub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,5 mlrd. dollar (5,9% artım) olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button