İqtisadiyyat

Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təcrübəni öyrənir

Azərbaycan Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında əməkdaşlıq çərçivəsində hidrogen enerjisi üzrə onlayn seminar keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, mayın 6-da keçirilən tədbirdə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov və “Masdar” şirkətinin MDB və Rusiya üzrə İnkişaf və investisiyalar sahəsində ölkə meneceri Məhəmməd Əsəd Taher açılış nitqi ilə çıxış ediblər.
Məlumata görə, seminar zamanı “Masdar” şirkətinin ekspertləri hidrogen enerjisi, “yaşıl enerji” hesabına hidrogen istehsalı texnologiyaları, elektroliz qurğuları, dənizdə külək enerjisi və karbon qazı tullantılarının planlaşdırılması və idarə edilməsi mövzularına dair ilkin nəzəri-texniki biliklər barədə məlumat verib. Seminarda həmçinin müvafiq sahə üzrə beynəlxalq təcrübələrə də toxunulub, hidrogen istehsalı texnologiyaları və dənizdə külək enerjisi ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, “Azərenerji” ASC, SOCAR və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button