İqtisadiyyat

Azərbaycana bu il velosiped idxalı əsasən Çindən olub

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 3,226 mln. ABŞ dolları (5,484 mln. manat) dəyərində 82 991 vahid mühərriksiz velosiped idxal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 24,7%, dəyər ifadəsində isə 32,1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə velosipedlərin 99,5%-i (82 556) Çindən gətirilib və ümumi dəyəri 3,126 mln. dollar (5,314 mln. manat) təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button