İqtisadiyyat

Azərbaycana iyunda 54 mln. dollarlıq əczaçılıq məhsulları idxal olunub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 253 489,88 min ABŞ dolları dəyərində 11 920,10 ton əczaçılıq məhsulları idxal olunub.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2%, həcmi isə 1,5% artıb.
Bu ilin may ayı ilə müqayisədə iyunda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 29,3% azalaraq 53 749,68 min dollar, həcm ifadəsində isə 8% azalaraq 2 007,35 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,70%-nə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button