Cəmiyyət

Azərbaycana təyyarə ilə səfər edən sərnişinlər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar

Azərbaycana uçuş edən təyyarələrdəki sərnişinlər aviadaşıyıcılar tərəfindən paylanan “Özünütəcrid barədə bəyannamə”ni doldurmalıdır.

Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Aviadaşıyıcılar sərnişinlərə Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verməlidirlər. Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlər tərəfindən doldurulmuş Bəyannamələri toplayacaq. 

Ramiz Mikayıloğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button