İqtisadiyyat

Azərbaycana tütün məmulatlarının idxalı yanvar-mayda 27% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ölkəyə 41 330,26 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 887,5 min dollar və ya 27,4% çoxdur.
Qeyd edək ki, bu ilin ilk beş ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,94%-nə bərabər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button