İqtisadiyyat

Azərbaycana yanvar-martda 214 mln. dollar məbləğində pul baratları göndərilib

Bu ilin yanvar-mart aylarında Azərbaycana daxil olan pul baratlarının həcmi 213,6 mln. ABŞ dolları olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici illik müqayisədə 13,8% artıb. Belə ki, 2020-ci ilin analoji dövründə Azərbaycana 188 mln. dollar həcmində pul baratları daxil olub. 
Qeyd edək ki, ötən il Azərbaycana daxil olan pul baratlarının həcmi 3,9% artaraq 970 mln. dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button