Cəmiyyət

Azərbaycana yeni baş pediatr təyin olunub

Səhiyyə Nazirliyinin baş pediatrı dəyişdirilib.
“Report”un məlumatına görə, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, tibb elmləri doktoru, professor Nəsib Quliyev baş pediatr vəzifəsindən azad olunub.
T.Musayevin digər əmri ilə “İnternational Medical Center Bakı” MMC-nin “Baku Medical Plaza Klinikası” nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov baş pediat vəzifəsinə təyin olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button