İqtisadiyyat

Azərbaycanda əkinçilərə 20 mln. manatdan çox subsidiya verilib

Bu il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 mln. manatdan çox subsidiya ödənilib.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.
Subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. Monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 mln. manatdan çox subsidiya ödənilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button