Cəmiyyət

Azərbaycanda 135 mindən çox təhsil işçisi peyvənd olunub

Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.
“Peyvəndlənmədə iştirak edənlərin səhhətində ciddi problem müşahidə edilməyib”, – nazirlikdən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button