İqtisadiyyat

Azərbaycanda 15 kiçik dövlət müəssisəsi özəlləşdiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 3-ü təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi çıxarılacaq.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı Xidmətin saytından tanış olmaq olar.
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər emlak.gov.az və ya privatization.az hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button