Mədəniyyət

Azərbaycanda 2021-ci il onlayn K-POP Festivalı

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi “AZƏRBAYCANDA 2021-ci il ONLAYN K-POP Festivalı”nı təşkil edib.

İstiqlal.az xəbər verir ki, Koreya Respublikası Xarici İşlər Nazirliyinin hər il dünyada 80-ə yaxın ölkədə təşkil etdiyi K-POP Festivalı bütün dünyadakı Koreya mədəniyyətini sevənlər üçün bayram olmaqla yanaşı K-POP-u sevən istənilən xarici ölkə vətəndaşının iştirak edə biləcəyi, seçimlər əsasında əsas finala qədər gedərək qalib gələ biləcəyi bir yarışdır.

Bu il festivalda 100-ə yaxın komanda iştirak edərək öz məharətini göstərmiş, Start TV-nin dəstəyi, xoreoqraf Emin Useynov və aparıcı İsgəndər İbrahimin münsif olaraq iştirakına əsasən 5 komanda qalib olaraq seçilmişdir. Aşağıda qeyd edilən linkə daxil olaraq qalib komandaların rəqs ifaları ilə tanış ola bilərsiniz:

https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/view.do?seq=761355

Qalib 5 komanda həm də oktyabr ayında Koreyada onlayn şəkildə təşkil ediləcək “2021-ci il Dünya K-POP Festivalı”nda iştirak etmək şansı qazanıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button