İqtisadiyyat

Azərbaycanda 22 kanalın suvarma şəbəkəsi bərpa olunacaq

Azərbaycan üzrə 22 kanalın suvarma şəbəkələrinin bərpası nəzərdə tutulur ki, bu işlərə artıq başlanılıb.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, artıq Tərtər su kanalının layihələndirilmə işləri başa çatıb, tender keçirilib və bu işlər cari ilin sonunadək başa çatdırılacaq.
“Hazırda Azərbaycanda 15%-dən çox su qıtlığı mövcuddur. Su qıtlığının aradan qaldırılması üçün sistemin yeniləşməsinə tələbat var. Ümumilikdə, respublika üzrə 1,4 mln. hektardan artıq sahələr suvarma suyu ilə təmin olunur. Ölkədə sudan daha səmərəli istifadə etmək məqsədilə mütəmadi müzakirələr aparılır. Su qrafikləri tərtib olunur və elektron kənd təsərrüfatı sisteminə ötürülür”, – deyə R. Aslanov qeyd edib.
O həmçinin əlavə edib ki, ölkə üzrə 514 min hektara yaxın taxıl, 100 min hektardan çox pambıq, 67 min hektar bostan-tərəvəz, 450 min hektara yaxın yem bitkiləri və 135 min hektarda çoxillik bitkilər sahələri, həmçinin 145 min hektar həyətyanı sahələr suvarma suyu ilə təmin olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button