Cəmiyyət

Azərbaycanda 273 nəfər koronavirusdan sağalıb, daha 102 nəfər yoluxub

Azərbaycanda koronavirus infeksiyasından daha 273 nəfər müalicə olunaraq sağalıb, 102 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib. Aktiv xəstə sayı 2515 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 581 min 073 test aparılıb. Bugünkü test sayı isə 8655-dir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button