İdman

Azərbaycanda Afrika Günü qeyd olunub

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda Afrika Gününün qeyd olunması barədə razılıq əldə edilib. 
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda Afrika mənşəli futbolçuların çıxış etdiyini nəzərə alaraq, AFFA tərəfindən klublara müraciət ünvanlanıb və həmin futbolçuların iştirakı ilə (COVID-19-la bağlı müvafiq prosedurlara riayət etməklə) klubdaxili kiçik tədbirlər təşkil etməklə Afrika gününün qeyd edilməsi təklif olunub. 
“Səbail” və “Keşlə” klubları təklifi müsbət dəyərləndiriblər. 
Tədbirlərdə klubların rəhbərliyi, Afrika mənşəli oyunçuları, aşağı yaş qruplarından ibarət komandaların üzvləri, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarç və AFFA nümayəndələri iştirak ediblər. Tədbirlərin təşkilinə AFFA tərəfindən dəstək göstərilib və iştirakçılara hədiyyələr təqdim olunub.
Tədbirdə iştirak edənlər arasında “Səbail”in müdafiəçisi Ali Sesay, yarımmüdafiəçisi Hendrik Ekşteyn, Həmçinin “Keşlə”nin orta sahə oyunçuları Con Kamara ilə Sadio Tounkara da olub. Onlar yeniyetmələrlə futbol da oynayıblar.
Qeyd edək ki, Afrika Birliyinin yaranması münasibətilə hər il 25 may tarixi Afrika Günü kimi qeyd olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button